Avq 01, 2018 09:47 Asia/Baku
  • Lavrov Ermənistanda Rusiya tərəfdarlarının mühakimə olunması haqda xəbərdarlıq edib
    Lavrov Ermənistanda Rusiya tərəfdarlarının mühakimə olunması haqda xəbərdarlıq edib

Rusiya xarici işlər naziri Sergey Lavrov Rusiya tərəfdarlarını Ermənistanda hədəf alan işlər haqda bu ölkəyə xəbərdarlıq edib.

Fransa İnformasiya Agentliyinin Moskvadan verdiyi məlumata görə, Lavrov korrupsiya əleyhinə mübarizəyə başlayan və Rusiya tərəfdarı olan sabiq hökumətə yaxın şəxslərlə qarşılaşan Ermənistanın yeni hökumətinə sərt şəkildə xəbərdarlıq edib. 

Bu, sabiq jurnalist Nikol Paşinyanın iqtidara gəlməsindən sonra Moskva və İrəvan arasında ilk açıq gərginlikdir. 

Ermənistanın yeni hökuməti may ayında genişmiqyaslı ictimai etirazların ardınca iqtidara gəldi. Korrupsiya ilə mübarizə bu etirazların əsas tələblərindən biri idi. Sabiq SSRİ respublikasının yeni baş naziri Ermənistanın sabiq ziyalılarının korrupsiyası əleyhinə irimqiyaslı mübarizəyə başlayıb. 

Ermənistanın sabiq prezidenti Robert Koçaryan (1998-2008) ötən həftə saxlanılıb və 2008-ci il prezident seçkilərində Serj Sarkisyanın xeyrinə saxtakarlıqda suçlanıb. 

Rusiya Kütləvi İnformasiya Vasitələri Lavrova istinadən bildiriblər: Son günlərdə baş verən hadisələr sabiq rəsmilərin siyasi ambissiyalara əsasən təqib olunmamasına dair hamını arxayın edən Ermənistanın yeni iqtidarının açıqlaması ilə ziddiyyətdədir. 

Lavrov vəziyyətin konstruktiv dəyişikliyə doğru hərəkət edəcəyinə ümidvarlıq edərək bildirib: Rusiya Ermənistanın müttəfiqi olaraq həmişə bu ölkənin stabilliyini öz xeyrinə hesab edir. Buna görə, Ermənistanda baş verən hadisələr, o cümlədən sabiq SSRİ-nin təkribində olan, Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin ictimaiyyətində baş verən hadisələr bizi nigaran edir. 

Nikol Paşinyanın rəhbərliyi ilə Ermənistanın yeni hökuməti Gürcüstan və Ukraynada qərbin tərəfdarlarını iqtidara gətirən hadisələri və Moskva ilə çox açıq-aşkar boşluq yaradan amilləri nəzərə alaraq Rusiya ilə davranışını çox diqqətlə idarə edib. Koçaryanın korrupsiyası ilə mübarizə işi çərçivəsində Moskvanın rəhbərlik etdiyi hərbi birlik, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının erməni baş katibi və 2008-ci ildə Ermənistan ordusunda yüksək vəzifələrdə çalışan Yuri Xaçaturova qarşı ittiham irəli sürülüb. 

Teqlər