Tramp Rusiyanın seçkilərə müdaxiləsi haqda istintaqın dərhal dayandırılmasını istədi
-
Tramp Rusiyanın seçkilərə müdaxiləsi haqda istintaqın dərhal dayandırılmasını istədi
ABŞ prezidenti bu ölkənin ədliyyə nazirindən Rusiyanın 2016-cı il ABŞ prezident seçkilərində müdaxiləsi haqda araşdırmanın dərhal dayandırılması üçün addım atmasını istəyib.
Röyters İnformasiya Agentliyinin məlumatına görə, ABŞ prezidenti Donald Tramp çərşənbə günü ədliyyə naziri Cef Seşnzdən istəyib ki, 2016-cı il seçi təbliğat-təşviqatı zamanı onun seçki kampaniyasının Rusiya ilə əməkdaşlıq etməsi iddiası haqda federal araşdırmalara dərhal son qoysun.
Tramp Rusiyanın ABŞ prezident seçkilərinə müdaxiləsi iddiası haqda işin əsas müstəntiqi Robert Müllerə qarşı öz Twitter səhifəsində yazıb: Cef Seşns bu əbəs və saxta araşdırmanı elə indi və ABŞ-ın imicini daha çox ləkələmədən dayandırmalıdır.
ABŞ prezidenti yazıb: Robert Müller və onun demokrat tərəfdarları da onun pis hərəkətini təkrarlayırlar.
Rusiyanın 2016-cı il ABŞ prezident seçkilərində Trampın seçki kampaniyası ilə əlaqəsinin olması haqda araşdırma hələ də ABŞ-ın siyasi rəsmiləri arasında önəmli çəkişmələrdən biridir.
Təhlükəsizlik qurumları və Demokratlar partiyası Rusiyanı 2016-cı il ABŞ prezident seçkilərində müdaxilədə və Trampı dəstəkləməkdə suçlayırlar. Moskva dəfələrlə bu ittihamları rədd edib.