Avq 02, 2018 11:26 Asia/Baku
  • Amerikanın siyasi aksiyalarında yüz minlərlə nəfər iştirak edib
    Amerikanın siyasi aksiyalarında yüz minlərlə nəfər iştirak edib

Əhalinin siyahıya alınması üzrə konsorsiumun hesablamasına əsasən, iyun ayında iki milyondan dörd milyona qədər insan Amerikadakı siyasi aksiyalarda iştirak edib.

Vaşinqton Post qəzeti bir reportajda bildirib ki, aprel və may aylarında ABŞ prezidenti Donald Trampın siyasətlərinə qarşı yönəlmiş bu ölkədəki siyasi aksiyalarda yüz minlərlə nəfər iştirak edibdir.

Qəzet əlavə edib: Aprel ayında 342 min və ya 319 mindən 353 minədək insan, may ayında da 97 min 738 nəfərdən 102 min 188 nəfərədək insan etiraz aksiyalarında iştirak edibdir.

Qəzetin araşdırmasından əlavə, Amerikada aksiyalarda iştirak miqdarının qeydiyyatı üzrə ümumi mənafe proqramı olan əhalinin siyahıya alınması üzrə konsorsiumun hesablamalarına əsasən, iyun ayında iki milyondan dörd milyonadək nəfər siyasi etirazlarda iştirak edibdir.

"Amerikadakı bütün etiraz aksiyalarının qeydə alınmaması ehtimalı var" yazan Vaşinqton Post bu rəqəmlərin Trampın "sıfır tolerantlıq" adlı mühacirət siyasətinə qarşı etiraz aksiyalarına şamil olmadığını bildirib. Bu siyasət ABŞ-Meksika sərhədində mühacir ailələri üzvlərinin bir-birilərindən ayrılmaları ilə nəticələnibdir.

Teqlər