Avq 04, 2018 12:11 Asia/Baku
  • Vaşinqton Rusiya və Şimali Koreya əleyhinə yeni sanksiyalar tətbiq etdi
    Vaşinqton Rusiya və Şimali Koreya əleyhinə yeni sanksiyalar tətbiq etdi

ABŞ hökuməti Rusiya və Şimali Koreya əleyhinə yeni sanksiyalar tətbiq edib.

İRİB-nin verdiyi məlumata görə, ABŞ-ın Maliyyə Departamenti Rusiyanın "Aqro Sayuz" bankının adını Şimali Koreyanın silahlanma proqramı ilə əlaqəyə malik olmaq bəhanəsi ilə sanksiyalar siyahısına daxil edib. 

ABŞ-ın Maliyyə Departamenti həmçinin, Şimali Koreya əleyhinə növbəti və ən yeni addımda iki şirkət və bir bankın adını sanksiyalar siyahısına əlavə edib. 

Baş ofisi Moskvada yerləşən Aqro Sayuz bankı habelə, mərkəzi ofisi Çində yerləşən Danq Dunq Junşenq şirkəti ABŞ-ın Maliyyə Departamenti tərəfindən adları sanksiyalar siyahısına daxil edilən bank və şirkətdir. 

Adı sanksiyalar siyahısına salınan ikinci şirkət isə mərkəzi ofisi Pxenyanda yerləşən Anqyum adlı Şimali Koreya şirkətidir. 

ABŞ və Şimali Koreya başçılarının 12 iyun 2018-ci il tarixində Sinqapurda görüşüb, ixtilafların diplomatik yolla həllinə təkid etmələrinə rəğmən, Vaşinqton növbəti sanksiyaları ilə bir daha öhdəliklərinə sadiq qalmadığını sübut etdi.

ABŞ indiyə kimi Sinqapur anlaşmasının icrası istiqamətində praktiki olaraq heç bir addım atmayıb. Bamxayaraq ki, Şimali Koreya öz xoşməramlılığını göstərmək üçün raket və nüvə başlıqlarının sınaq paleqonunu dünya jurnalistlərinin gözləri önündə məhv etdi. 

Teqlər