Avq 04, 2018 20:48 Asia/Baku
  • Rusiya ABŞ-a etiraz etdi
    Rusiya ABŞ-a etiraz etdi

Rusiyanın Müdafiə Nazirliyi ABŞ rəsmilərinin Suriyada yenidənqurma ilə bağlı məxfi məktubu ictimailəşdirməsini qınayıb.

Ria Novosti-nin verdiyi məlumata görə, Rusiyanın Müdafiə Nazirliyi şənbə günü bir bəyanat yayaraq, bildirib: ABŞ tərəfi ikitərəfli anlaşmaya zidd olaraq Suriyanın bərpası ilə bağlı danışıqların detallarını ifşa edib.

Rusiyanın Müdafiə Nazirliyi bildirib: ABŞ hökuməti Rusiya ordusunun yüksək səviyyəli bir rəsmisinin amerikalı həmkarına ünvanladığı məktubun ifşa olunmasına icazə verib. Bu məktubda Suriyanın bərpası ilə bağlı Vaşinqton ilə əməkdaşlıq üzrə Moskvanın təklifləri yer alıb.

Röyters son zamanlar bildirib ki, Rusiya Amerikadan Suriyanın bərpasına kömək etməsini istədiyini bildirib. Bu istək Suriya ordusunun komandanı Valeri Gerasimov tərəfindən 19 iyul 2018-ci ildə ABŞ ordusunun baş qərargah rəisi Cozef Danforda göndərilib.

Teqlər