Avq 05, 2018 11:57 Asia/Baku
  • Aİ Yəməndə sivil əhalinin qırğın edilməsini qınadı
    Aİ Yəməndə sivil əhalinin qırğın edilməsini qınadı

Avropa İttifaqı bir bəyanat yayaraq, Ərəbistanın başçılıq etdiyi koalisiyanın Yəməndə sivil əhalini qırğın etməsini qınayıb.

Əl-Cəzirə informasiya kanalının verdiyi məlumata görə, Aİ öz bəyanatında Ərəbistanın başçılıq etdiyi koalisiyanın Yəmənə olan hücumlarında yaşanan saysız humanitar faciələrə işarə edərək, təcavüzkar koalisiyadan mülkü əhalini hədəfə almamasını istəyib. 

Beynəlxalq Qırmızı Xaç Komitəsi də şənbə günü bir bəyanat yayaraq, Ərəbistanın başçılıq etdiyi koalisiyanın Əl-Hüdəydə şəhərində bir xəstəxana və balıq bazarını hədəfə almasına münasibət bildirib. 

Bəyanatda deyilir: Yəmənin Əl-Hüdəydə şəhərində balıq bazarı və Əs-Surə xəstəxanasına edilən hücumlarda onlarla insan ölüb və yaralanıb. 

Ərəbistanın başçılıq etdiyi koalisiya cümə axşamı Yəmənin Əl-Hüdəydə şəhərində Əs-Surə xəstəxanasını və balıq bazarını bombalayaraq, 60 insanı şəhid edib. Bu hadisədə 120 nəfərin də yaralandığı bildirilir. 

Ərəbistanın başçılıq etdiyi koalisiya 13 iyun 2018-cidə Əl-Hüdəydə liman şəhərini işğal etmək məqsədilə bu şəhərə qarşı amansız hücumlara başlayıb. Bu hücumlar nəticəsində ötən 3 ilin ən dəhşətli qırğınları törədilib. Amma, bu qırğınlara baxmayaraq Yəmən xalqı təcavüzkarların hücumları qarşısında müqavimət göstərir. On minlərlə insanın ölməsi və yaralanması, milyonlarla nəfərin didərgin düşməsinə və bütün infrastrukturların məhv edilməsinə baxmayaraq, təcavüzkarlar öz məqsədlərinə çata bilməyiblər. 

Teqlər