Avq 06, 2018 19:29 Asia/Baku
  • Rusiya Gürcüstanın NATO-ya qatılmasına kəskin reaksiya verib
    Rusiya Gürcüstanın NATO-ya qatılmasına kəskin reaksiya verib

Rusiyanın baş naziri deyib ki, Gürcüstanın NATO-ya qatılması regionda böyük bir gərginliyə zəmin yarada bilər.

Dmitri Medvedev bu gün NATO-nun Gürcüstanda manevr keçirməsinə son dərəcə sərt reaksiya verərək, bu ölkənin həmin hərbi pakta qatılmasının nəticələrini faciəli adlandırıb və bildirib ki, bu ittifaq regionda böyük bir gərginliyə zəmin yarada bilər.

Rusiya prezidenti Vladimir Putin də bundan öncə NATO-nun Ukrayna və Gürcüstanın qatılmaları nəticəsində genişlənməsini mənfi təsirlərə malik olan təhrikedici hərəkət adlandırmışdı.

Gürcüstann müdafiə nazirliyi keçən həftə bildirdi ki, bu ölkənin bəzi hərbi bazaları manevr keçirmələri üçün avqustun birindən 15-dək NATO qüvvələrinə ev sahibliyi edəcəklər.

Bu manevrdə üç min NATO qüvvəsi təlim-məşqlər keçir və NATO-nun əsas üzvlərindən əlavə, Gürcüstan hərbçiləri də iştirak edirlər.

Bu manevr dördüncü dəfədir ki, Gürcüstanda keçirilir.

Gürcüstan hazırda NATO-nun əsas üzvü deyil, amma 2008-ci ildən nəzarətçi üzv kimi NATO-nun iclaslarında iştirak edir.

Rusiya NATO-nun öz sərhədlərinə doğru genişlənməsini regionda səbatsızlıq amili bilir.

Teqlər