Avq 08, 2018 10:48 Asia/Baku
  • Vaşinqton Rusiyadan qoşunlarını Gürcüstan ərazisindən geri çəkməsini istədi
    Vaşinqton Rusiyadan qoşunlarını Gürcüstan ərazisindən geri çəkməsini istədi

ABŞ Dövlət Departamentinin sözçüsü Rusiyadan öz qoşunlarını Gürcüstan ərazisindən, qondarma Abxaziya və Cənubi Osetiya respublikalarından çıxartmasını istədi.

Fransa xəbər agentliyinin verdiyi məlumata görə, ABŞ Dövlət Departamentinin sözçüsü Heder Nort deyib: Vaşinqtonun Gürcüstanın Abxaziya və Cənubi Osetiya məntəqələri ilə bağlı  mövqeyinin dəyişmədiyini deyərək, ABŞ-ın Rusiyadan öz qoşunlarını bu iki qondarma respublikadan çıxartmasını istədiyini bildirib.

Heder Nort həmçinin, Abxaziya və Cənubi Osetiyanın Gürcüstan əraziləri olduğunu bildirib.

Rusiyanın qondarma Abxaziya və Cənubi Osetiya respublikalarının müstəqilliyini tanıması Tiflis-Moskva münasibətlərindəki gərginliyin pik həddə çatmasına səbəb olub.

2008-ci ildə Gürcüstan hökumətinin Abxaziya və Cənubi Osetiyanı mərkəzi hökumətin nəzarəti altına qaytarılması üzrə hərbi əməliyyatlara başlamasının ardınca, Rusiya Gürcüstana qoşun yeritdi və iki tərəf arasında sürən 5 günlük savaşın ardınca Gürcüstan qoşunları Abxaziya və Cənubi Osetiyadan geri çəkilməyə məcbur oldular. Daha sonra Rusiyanın Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıması ilə Tiflis Moskva ilə bütün diplomatik əlaqələrini kəsdi.

Teqlər