Almaniya vətəndaşları müdafiəsiz Yəmən xalqına dəstək veriblər
Ərəbistanın Yəməndəki cinayətlərinə qarşı etirazların davamında Almaniya vətəndaşları Ali-Səudun Yəməndəki cinayətlərini pisləyərək, aksiya keçiriblər.
Almaniyada sülh tərəfdarları və müsəlmanlardan bir qrupu dünən ABŞ-ın Berlindəki səfirliyi önündə aksiya keçirərək, Ali-Səudun Yəməndəki cinayətlərini pisləyəyibdir.
Almaniyalı sülhsevər qruplar və Berlində yaşayan yəmənli tələbələr cəmiyyətinin çağırışı ilə keçirilən bu aksiyada iştirakçılar Ali-Səudun Yəməndəki son cinayətləri, yəmənli məktəblilərin qırğın edilmələri və Amerikanın bu uşaqöldürən rejimi son dərəcə himayə etməsini pisləyiblər.
Aksiya iştirakçıları bu bəşəriyyətə zidd cinayətlər qarşısında insan haqlarını müdafiə və beynəlxalq təşkilatların ciddi reaksiya vermələrini istəyiblər.
Təcavüzkar səud rejimi cümə axşamı günü Yəmənin Səədə vilayətinin Zəxiyan şəhərində yəmənli məktəbliləri daşıyan avtobusu hədəfə aldı ki, nəticədə 50 uşaq öldürüldü, təqribən 77 nəfər də yaralandı.
Ərəbistan ABŞ, Birləşmiş Ərəb Əmirlikləri və bir neçə digər ölkənin himayəsilə 2015-ci ilin martından Yəmənə hərbi təcavüz edərək, bu ölkəni quru, dəniz və havadan mühasirəyə alıbdır. Ərəbistan ilə müttəfiqlərinin militarizmi indiyədək on dörd mindən çox yəmənlinin həyatını itirməsi, on minlərlə nəfərin yaralanması və milyonlarla yəmənlinin didərgin düşməsilə nəticələnibdir.