Avq 16, 2018 20:41 Asia/Baku
  • Hindistanın nəzarətində olan Kəşmirdə aksiya keçirilib

Hindistanın nəzarətində olan Kəşmir əhalisi Hindistanın Müstəqillik Günü ilə yanaşı Yeni Dehlinin kəşmirlilərə qarşı repressiv hərəkətlərinə etiraz olaraq aksiya keçirib.

Təsnim Xəbər Agentliyinin məlumatına görə, kəşmirli etirazçılar Hindistan hökuməti əleyhinə şüarlar səsləndirərək onlara qarşı repressiv hərəkətlərin və hücumların dayandırılmasını tələb ediblər. 

Məlumata görə, Kəşmirdə Hindistanın Müstəqillik Günündə bütün idarələr, təlim-təhsil müəssisələri və yanacaq doldurma məntəqələri fəaliyyətlərini dayandırıb və Hindistan hökuməti Kəşmirdə vəziyyətə nəzarət etmək üçün minlərlə hərbçi yerləşdirib. 

Hindistan hərbçiləri etirazçıları repressiya edərək Kəşmirin Hürriyyət Konfransı rəhbərlərindən Məhəmməd Yasin Məliki həbs ediblər. 

Hindistan 15 avqust 1947-ci ildə İngiltərədən ayrılaraq müstəqilliyi əldə edib. 

Teqlər