Nyu-York qubernatoru: ABŞ heç vaxt güclü olmayıb
https://azeri.sahartv.ir/news/dünya-i320111-nyu_york_qubernatoru_abŞ_heç_vaxt_güclü_olmayıb
Nyu-York qubernatoru ABŞ prezidentinin bu ölkənin güclü olması haqda iddiasını məchul vəziyyətlə üzləşdirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 16, 2018 16:12 Asia/Baku
  • Nyu-York qubernatoru: ABŞ heç vaxt güclü olmayıb

Nyu-York qubernatoru ABŞ prezidentinin bu ölkənin güclü olması haqda iddiasını məchul vəziyyətlə üzləşdirib.

CNN televiziyasının məlumatına görə, Nyu-York qubernatoru Endryu Kuomo ABŞ prezidenti Donald Trampı tənqid edərək deyib: Birləşmiş Ştatlar Trampın iddia etdiyi kimi heç vaxt böyük və güclü olmayıb. 

Kuomo əlavə edib: "ABŞ-ı yenidən gücləndirəcəyik" ifadəsi sadəcə Tramp və Respublikaçılar üçün seçki şüarıdır. 

Kuomo həmçinin deyib: ABŞ ictimaiyyətində müxtəlif sektorlarda qadınlar əleyhinə ayrı-seçkilik vardır. 

Nyu-York qubernatoru onu vəzifəsindən kənarlaşdırmağa çalışan Tramp və Respublikaçıları tənqid edib.