Avq 18, 2018 11:21 Asia/Baku
  • MKİ-nin 60 sabiq rəsmisi Tramp dövlətində söz azadlığının pozulmasını pisləyib
    MKİ-nin 60 sabiq rəsmisi Tramp dövlətində söz azadlığının pozulmasını pisləyib

Amerika Mərkəzi Kəşfiyyat idarəsinin 60 sabiq rəsmisi dünən bir bəyanatda bu ölkə prezidentinin həmin orqanın keçmiş rəisinin gizli sənədləri əldə etmək üzrə lisenziyasını ləğv etməsini pisləyibdir.

Bu bəyanatda son zamanlar Amerikanın on beş keçmiş kəşfiyyat məmuru tərəfindən yazılmış məktuba toxunularaq, deyilir: Hərçənd hamımız kəşfiyyat sızmasının qarşısının alınmasının vacibliyi qənaətindəyik, amma elə həmin qədər də inanırıq ki, keçmiş dövlət rəsmiləri milli maraqlar istiqamətində, bildikləri məsələyə əsasən, öz əqidələrinin azad şəkildə bəyan edilməsi haqqından bəhrələnməlidirlər.

ABŞ prezidenti ötən çərşənbə günü Amerika Mərkəzi Kəşfiyyat idarəsinin keçmiş rəisi Con Brennanın gizli sənədləri əldə etmək üzrə lisenziyasını ləğv etmişdi.

2013-2017-ci illərdə Amerika Mərkəzi Kəşfiyyat idarəsinin rəisi olmuş Brennan Tramp dövlətinin hakimiyyətə gəldiyi zamandan bəri daim ABŞ prezidentinə qarşı kəskin tənqidlər səsləndiribdir.

Bundan öncə də Birləşmiş Ştatların on kəşfiyyat rəsmisi, o sıradan Maykl Hayden və Devid Petraus bəyanat yayaraq, bu ölkə dövləti tərəfindən söz azadlığının pozulmasını pisləmiş və Trampı "siyasiçilik"də ittiham etmişdi.

Teqlər