Human Rights Watch: ABŞ və İngiltərə Səudiyyə Ərəbistanının Yəməndəki cinayət ortaqlarıdırlar
Human Rights Watch təşkilatı ABŞ və İngiltərəni təcavüzkar səud koalisiyasının Yəməndəki son cinayətinin şəriki adlandırıb.
Bu təşkilat BMT-nin müharibə qanunlarının pozulması barədə təhqiqatın aparılması vacibliyini vurğulayaraq, əlavə edib: Amerika və İngiltərə Ərəbistana milyardlarla dollar silah satıblar və səudların təcavüzkar koalisiyası yəmənli uşaqları daşıyan avtobusları hədəfə alaraq, onlarla nəfəri qanına qəltan edibdir.
Human Rights Watch təşkilatı bildiribdir ki, ötən həftə Yəmənin Səədə əyalətində törədilmiş cinayət təyinedici bir hadisə olmalıdır.
Təcavüzkar səud rejimi cümə axşamı günü avqustun 9-da Yəmənin Səədə əyalətinin Zəhiyan şəhərində yəmənli uşaqları daşıyan avtobusları hədəfə aldı. Yəmən səhiyyə nazirliyinin statistikasına görə, bu cinayətdə əlli uşaq öldü, 77 nəfər də yaralandı.