Almaniya rəsmilərinin ölkədə ifratçılıq və terrorizmin çoxalmasına dair xəbərdarlığı
Avq 19, 2018 11:04 Asia/Baku
Almaniya rəsmiləri ölkədə ifratçılıq və terrorizmin çoxalmasına dair xəbərdarlıq ediblər
Əl-Şərq Əl-Əvsət qəzetinin yazdığına görə, Almaniya polisi və təhlükəsizlik orqanları terror aktları törətmək ehtimalı yüksək olan ifratçı ünsürlərin sayının xeyli dərəcədə artdığını bildirərək, bu məsələdən nigaranlıq ediblər.
Bu məlumata görə, 2220 Almaniya vətəndaşı terrorçu qruplaşmalara üzv olublar.
Almaniyanın Daxili Təhlükəsizlik Agentliyi də ölkədə terrorçu qrupların sayının artdığına dair nigaranlıq edib.
Almaniya başda olmaqla Qərb rəsmiləri ölkələrində terrorçuların fəaliyyətinin genişlənməsindən nigaranlıq etsələr də, Suriya və İraqda terrorçu qrupları geniş formada himayə etməklə iri terror şəbəkələrinin yaranmasına səbəb olublar.