Beynəlxalq Amnistiya Təşkilatı ABŞ və Avropa dövlətlərini tənqid etdi
Beynəlxalq Amnistiya Təşkilatı bazar ertəsi günü ABŞ və Avropa dövlətlərindən Səudiyyə Ərəbistanı və sionist rejimə silah satışını dayandırmalarını istəyib.
İRİB-in məlumatına görə, Beynəlxalq Amnistiya Təşkilatının təhqiqatçısı Patrik Uilken xatırladıb: ABŞ və Avropa dövlətləri insan haqlarını pozanlar, o cümlədn Səudiyyə Ərəbistanı və İsrailə silahlar satmaqla dünyada gərginliklərin alovlanmasına kömək edirlər.
Uilken sionist rejimin Qəzzə zolağındakı cinayətlərinə toxunub və deyib: Qəzzə zolağında Qayıdış Haqqı dinc yürüşləri başlandığı zamandan indiyədək sionist hərbçilər tərəfindən onlarla fələstinli şəhid edilib, minlərlə nəfər yaralanıb.
Beynəlxalq Amnistiya Təşkilatının təmsçilçisi həmçinin Ərəbistanın Yəməndəki cinayətlərinə toxunub və deyib: Səudiyyə Ərəbistanı ABŞ, Britaniya və Fransanın tam dəstəyinə malikdir.