Tramp pis hisslər keçirdiyini deyir
-
Tramp pis hisslər keçirdiyini deyir
ABŞ prezidenti seçki qərargahının keçmiş başçısına qarşı məhkəmə qərarına reaksiyada ona dəstək verərək eyni-zamanda bu sahədəki korrupsiya işindən uzaq olduğunu göstərməyə çalışıb.
Donald Tramp öz tvitter səhifəsində yazıb ki, Paul Manafort və onun ailəsi üçün narahatdır və pis hiss keçirir ona görə ki, məhkəmə aparatı onun işinə baxır.
Tramp çərşənbə axşamı da Virciniya ştatına daxil olarkən özünü seçki qərargahının keçmiş rəisinin məhkəmə işindən uzaq olduğunu göstərmək üçün iddi edib ki, Manaforta qarşı məhkəmə qərarının ona və Rusiya ilə seçki əlaqələrinə dəxli yoxdur.
Paul Manafort srağa gün Virciniya ştatında məhkəməyə çağırıldı və ona qarşı ittihamların səkkizi barədə məhkəmə qərar verdi.
Manafort 5 ay müddətində Trampın seçki qərargahında işləyib və 3 ay bu qərargahın rəhbəri olub.
Trampın piss hissləri isə bununla bitmir , Manafortun məhkəməyə çağırılması ilə eyni zamanda Trampın keçmiş vəkili Maykl Kohen də Nyu-York məhkəməsinə çağırılıb və ittihamlarının səkkizinə etiraf da edib.
Vergidən yayınmaq, Banka qarşı fırıldaq, seçki kampaniyası üçün qanuni miqdardan əlavə maliyyə yardımları toplamaq və seçki qərargahı üçün qeyri-qanuni qaynaqlardan istifadə etmək Kohenin etiraf etdiyi cinayətlərdir.
Kohenin etirafları göstərir ki, törətdiyi cinayətlərin ən azı ikisi birbaşa Trampın göstərişi ilə həyata keçib. Porno aktrisasına və porno modelə Tramp ilə gizli əlaqələri barədə susmaları üçün bac verilməsi bu qəbildəndir.
Buna görə də ,Tramp dünənki tvittində Koheni nağıl söyləməkdə ittiham edib və onun etirafları və törətdiyi qanunsuz əməlləri əhəmiyyətsiz göstərərək yazıb: Maykl Kohen seçki qərargahının maliyyə qanunlarını pozmaq barədə təqsirli bilinib ki bu da cinayət deyil. Obama barədə də belə bir hal olmuşdu.
Manafort və Koyenin işi ilə əlaqədar məhkəmə Tramp ilə Rusiyanın əlbir olması mövzusundakı işin xüsusi müstəntiqi Robert Mullerin araşdırmalarının ardınca reallaşan ilk məhkəmə işi hesab olunur.
ABŞ nümayəndələr palatasında demokrat partiyasının əas üzvü Adam Şiff Kohenin etirafları və Manaforta qarşı məhkəmə qərarının Trampın problemlərində dönüş nöqtəsi olacağını bildirib. Bu isə demokratların Trampa qarşı impiçmentə doğru böyük addımının yaxın olduğu deməkdir.
Amerikada proqnoz müəssisələri Trampın hakimiyyətdən kənarlaşdırılması ehtimalını çərşənbə axşamınadək 10-da bir hesab edirdilər indi isə bu ehtimalın 4-də bir olduğu deyilib.
Tramp Yanvarı Ağ evdə keçirə biləcəkmi?