Di Mistura İranı Suriya haqda Cenevrə iclasına dəvət edib
BMT baş katibinin Suriya məsələləri üzrə xüsusi nümayəndəsi İran, Türkiyə və Rusiyanı Suriyanın əsas qanun komissiyasının iclasına dəvət edib.
BMT baş katibinin Suriya məsələləri üzrə xüsusi nümayəndəsi Stefan Di Mistura bu gün bir bəyanatda deyib: Sentyabrda keçiriləcək bu iclasda məqsəd, Suriyanın əsas qanun layihəsinin yazılışının başlanması barədə məşvərətdir.
Diplomatik mənbələr deyiblər ki, bu iclas sentyabrın 11-i və 12-də keçiriləcək.
Di Mistura əlavə edib ki, sentyabrın əvvəlində də Cenevrədə İran, Türkiyə və Rusiyanın nümayəndələri ilə Suriyanın əsas qanun komissiyasının məsələləri barədə danışıqlar aparacaq.
İran, Türkiyə və Rusiya Qazaxıstanın paytaxtı Astanada Suriya sülh iclasları keçirərək, Suriya böhranının dinc həlli və bu ölkədə atəşkəsin bərqərarı sahəsində təyinedici rol oynayıblar.