Tramp prezidentlik dövrünün üçdə birini qolf oynamaqla keçirib
ABŞ prezidenti bu vəzifənin ağır tapşırıqlarına məhəl qoymadan indiyədək prezidentlik dövrünün üçdə birini oyun və əyləncə ilə keçiribdir.
Ağ Evə daxil olmasından 582 gün keçən Donald Tramp dünən yenə də tətillərini keçirmək üçün Virciniya ştatında özünə məxsus olan qolf klubuna daxil olub.
Beləliklə, Trampın prezidentlik dövründə öz mülklərindən birində əyləncə və qolf oynamaqla keçirdiyi günlərin sayı 193 günə çatıbdır.
Belə bir halda, Tramp prezident seçkiləri rəqbətləri zamanı öncəki prezident Barak Obamanı qolf oynamasına görə tənqid etmişdi.
Tramp bu həftənin tətillərini supervarlılardan çox azının daxil ola bildiyi Virciniyadakı son dərəcə lüks mülklərindən birində keçirir.
Bu məlumata görə, Tramp indiyədək prezidentlik zamanının üçdə birini öz mülklərindən birində əyləncə və kefdə olmaqla keçiribdir.