Tiflis: Dünya ictimaiyyəti Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir
-
Tiflis: Dünya ictimaiyyəti Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir
Gürcüstan xarici işlər nazirliyi bildirib ki, dünya ictimaiyyəti Gürcüstanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir.
Gürcüstan xarici işlər nazirliyi Almaniya kansleri Angela Merkelin bu ölkəyə səfərindən və Gürcüstanın yüksək vəzifəli rəsmilərilə görüşlərindən sonra bir bəyanatda bildirib ki, beynəlxalq ictimaiyyət Gürcüstanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir.
Bu bəyanatda deyilir: Bu dəstək Cənubi Osetiya münaqişəsinin dinc həlli istiqamətində tamamilə müşahidə olunur.
Bu bəyanat etiraf edibdir ki, Gürcüstan həmin münaqişənin həlli istiqamətində Cenevrə müzakirələri çərçivəsində Rusiya ilə anlaşmasını davam etdirəcək.
Bundan öncə Rusiya prezidenti Vladimir Putin "Cənubi Osetiya Respublikasının istiqlaliyyətinin Moskva tərəfindən rəsmən tanınması"nın onuncu ildönümü günündə bəyanat yayaraq bildirdi ki, bu ölkənin 2008-ci il təcavüzü qarşısında Cənubi Osetiyanı müdafiə barədəki qərarı və bu məntəqənin istiqlaliyyətinin Moskva tərəfindən rəsmən tanınması onun müstəqil inkişafına yol açıbdır.
Ötən milad əsrinin 90-cı onilliyinin əvvəllərində Cənubi Osetiya Gürcüstandan müstəqilliyini elan etdi. 2008-ci ilin avqustunda Gürcüstan bu məntəqəyə qarşı hərbi hərəkətə əl atdı ki, bu da Rusiyanın reaksiyası ilə üzləşdi.
Rusiya 2008-ci il avqustun 26-da Cənubi Osetiya və Abxaziyanın istiqlaliyyətlərini rəsmən tanıdı.