Tramp ona qarşı rəy sorğusunun nəticələrindən məyus olub
-
Tramp ona qarşı rəy sorğusunun nəticələrindən məyus olub
ABŞ prezidenti bir daha, nəticələri ona qarşı olan yeni rəy sorğusunun yayılmasını tənqid edib.
Donald Tramp cümə günü "ABC Nyus" və "Vaşinqton Post"un birgə rəy sorğusunu şiddətlə tənqid edib. Bu rəy sorğusunda xalqın əksər hissəsi Trampın impiçment edilməsini tələb edir.
Tramp indiyədək dəfələrlə rəy sorğularını və hətta onun barəsində xəbərlər yayan mediaları tənqid edibdir.
Amerika prezidenti bundan öncə- 2017-ci ilin iyul ayında da "ABC Nyus" və "Vaşinqton Post"un birgə rəy sorğusunu tənqid edərək, öz twitter səhifəsində onu Amerika seçkiləri dövrünün ən qeyri-düzgün rəy sorğusu adlandırmışdı.
Tramp dəfələrlə bir mötəbər rəy sorğusuna işarə etmədən özünü Amerikanın ən sevimli prezidentlərindən biri kimi təqdim edibdir.
Belə bir halda, Tramp Ağ Ev-ə daxil olduğu ilk gündən bəri bütün rəy sorğularında Amerikanın bütün keçmiş prezidentlərindən ən aşağı reytinqə malik olubdur.