Almaniyada irqçilik barədə xəbərdarlıq
Sen 02, 2018 17:24 Asia/Baku
Almaniya xarici işlər naziri irqçilik və anti-əcnəbi hislərini bu ölkə üçün təhlükə adlandırıb.
Döyçevelenin verdiyi məlumata görə, Almaniya XİN başçısı Hayko Mas Kemnits şəhərində miqrantlara qarşı keçirilən aksiyaya münasibət bildirərkən ölkədə rasizm və anti-əcnəbi hisslər barədə xəbərdarlıq edib.
Almaniya xarici işlər naziri aksiyaçıların Hitler kimi salam vermələrinə toxunaraq deyib: Bu Almaniya üçün rüsvayçılıqdır.
Almaniya kansleri Angela Merkelin miqrasiya siyasətinin himayədarları və müxaliflərindən ibarət minlərlə adam dünən Zaksen vilayətinin Kemnits şəhərində aksiya keçirib.
Avropa və Almaniyada son aylarda İfratçı sağçı qrupların irqçi hərəkətləri güclənib.