Avropa İttifaqı Rusiya əleyhinə sanksiyaların müddətini uzatdı
https://azeri.sahartv.ir/news/dünya-i321808-avropa_İttifaqı_rusiya_əleyhinə_sanksiyaların_müddətini_uzatdı
Avropa İttifaqı Rusiya əleyhinə sanksiyaların müddətini daha 6 ay üçün uzatdı.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 06, 2018 08:05 Asia/Baku
  • Avropa İttifaqı Rusiya əleyhinə sanksiyaların müddətini uzatdı

Avropa İttifaqı Rusiya əleyhinə sanksiyaların müddətini daha 6 ay üçün uzatdı.

Sputnik informasiya agentliyinin verdiyi məlumata görə, Avropa İttifaqı çərşənbə günü Rusiya əleyhinə sanksiyaların müddətini daha 6 ay üçün uzadıb. Bu sanksiyalar ilk dəfə olaraq 2014-cü ildə Rusiyanın Krım Yarımadasını özünə birləşdirməsinin ardınca tətbiq edilib. 

Rusiyanın kiber hücumlarda və Britaniyanın Salzberi şəhərində keçmiş rus casus Sergey Skripalı kimyəvi maddə ilə zəhərləməyə cəhd göstərməkdə ittiham olunması Rusiya əleyhinə sanksiyaların müddətinin uzadılmasının əsas səbəbləri göstərilir. 

2014-cü ildə Rusiya və Qərb arasında gərginliyin artmasından öncə də ABŞ və Avropa Birliyi Moskvanı Ukraynanın daxili işlərinə müdaxilədə ittiham edərək, Rusiya əleyhinə sanksiyalar tətbiq etmişdilər. 

Rusiya isə bütün ittihamları rədd edərək, özünə qarşı sanksiyaları daxili işlərinə müdaxilə adlandırıb.