Amerikada ekologiya işçiləri istefa veriblər
Sen 09, 2018 14:05 Asia/Baku
Donald Trampın prezidentliyinin ilk 18 ayında Amerika ətraf mühiti mühafizə agentliyinin 1800 işçisi istefa verib.
Vaşinqton Post qəzeti yazıb:Amerika ətraf mühiti mühafizə agentliyinin bu sayda işçisinin istefası agentliyin işçilərinin sayının 8 faiz azalması deməkdir.
İstefa verənlər ən təcrübəli eləcə də gənc ekspertlərdən ibarət olublar və agentliyin təcrübəi kadr boşluğu ilə üz-üzə duracağı barədə nigaranlıqlar yaranıb.
Vaşinqton Postun araşdırmaları göstərir ki, 260 alim, 186 ekologiya üzrə mütəxəssis , 106 mühəndis agentliyi tərk edib.
Amerika ətraf mühiti mühafizə agentliyi Tramp dövründə Ətraf mühiti mühafizə üzrə layihələrin çoxunu ləğv etməli olub.