Sen 10, 2018 14:33 Asia/Baku
  • CBS kanalının müdiri əxlaqsız rəftarlarına görə istefa verməli olub

ABŞ-ın CBS telekanalının müdiri Les Moonves əxlaqsız rəftarlarının ifşa edilməsinin ardınca istefa verməyə məcbur olub.

Rötyers xəbər agentliyi bazar günü axşam naməlum bir mənbəyə istinadla bildirib: Moonves CBS telekanalından 100 milyon dollar alıb və onun istefa verməsi xəbəri bazar ertəsi günü yayımlanacaq.

Bir neçə qadın Nyu-Yorker nəşri vasitəsilə Lees Moonvesi sadizm və əxlaqsızlıqda ittiham ediblər.

Ötən aylarda bir çox amerikalı siyasətçi, kino ulduzu və ordu rəsmisi korrupsiya və əxlaqsızlıqda ittiham olunub.

Amerikada əxlaqsızlıq və korrupsiya dalğası prezident Donald Trampa qədər uzanır. ABŞ prezidenti 2005-ci ildə əxlaqsızlıqda ittiham olunur.

Nyu-Yorkers nəşri son zamanlar korrupsiya və əxlaqsızlıqla bağlı faktlara istinadla Tramp hökumətini ABŞ tarixində ən korrupsioner və əxlaqsız hökumət elan edib.

 

Teqlər