Ağ Evin beynəlxalq qurumlara hücumları davam edir; Bu dəfə hədəfdə beynəlxalq Haaqa məhkəməsidir
-
Ağ Evin beynəlxalq qurumlara hücumları davam edir; Bu dəfə hədəfdə beynəlxalq Haaqa məhkəməsidir
ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton beynəlxalq Haaqa məhkəməsinin prokurorunun ABŞ hərbçilərinin Əfqanıstanda yol verdikləri cinayətlərin araşdırılmasına dair açıqlamasına reaksiya olaraq deyib: Beynəlxalq Haaqa Məhkəməsi ilə əməkdaşlıq etməyəcək.
Beynəlxalq Haaqa Məhkəməsinin prokuroru Fatou Bensouda bundan öncə Təhlükəsizlik Şurasının Əfqanıstanla bağlı iclasında bu məhkəmənin amerikalıların Əfqanıstandakı cinayətlərini araşdırmasını istəmişdi.
İRNA-nın məlumatına görə, Con Bolton bazar ertəsi günü deyib: ABŞ-ın daxili məhkəmə sisteminin öz vətəndaşlarının əxlaqi və qanuni baxımdan ən ali səviyyədə olmasına nəzarət etməsinə görə, Beynəlxalq Haaqa Məhkəməsinin bu məsələni araşdırmasına ehtiyac yoxdur.
ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Ağ Evin ifratçı üzvlərindən sayılır. O, deyib: ABŞ hərbçiləri müharibə qanunlarına tam formada riayət etməlidirlər. Əgər hansısa qanun pozuntusuna yol verilərsə, ABŞ özü vaxtında və münasib formada həmin şəxslər ilə qanun çərçivəsində rəftar edəcək.
Con Bolton ABŞ qanunlarını beynəlxalq qanunlardan üstün tutaraq, deyib: Vaşinqtonun müharibə cinayətləri məhkəməsinə ehtiyacı yoxdur.