Boliviya: ABŞ-ın Kubaya qarşı sanksiyaları qeyri-insanidir
https://azeri.sahartv.ir/news/dünya-i322544-boliviya_abŞ_ın_kubaya_qarşı_sanksiyaları_qeyri_insanidir
Boliviya prezidenti Kubaya qarşı sanksiyaların müddətinin uzadılmasını pisləyərək Amerikanın Havanaya qarşı sanksiyalarının qeyri-insani olduğunu bildirib
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 12, 2018 10:04 Asia/Baku
  • Boliviya: ABŞ-ın Kubaya qarşı sanksiyaları qeyri-insanidir
    Boliviya: ABŞ-ın Kubaya qarşı sanksiyaları qeyri-insanidir

Boliviya prezidenti Kubaya qarşı sanksiyaların müddətinin uzadılmasını pisləyərək Amerikanın Havanaya qarşı sanksiyalarının qeyri-insani olduğunu bildirib

Prensalatina xəbər agentliyinin verdiyi məlumata görə, Boliviya prezidenti Evo Morales bu gün Tvitterdə Kuba xalqının müqavimətini yüksək qiymətləndirərək yazıb: Amerika hərkəsi öz kapitalist siyasətlərinə tabe etmək istəyir amma Kuba xalqı Vaşinqton qarşısında müqavimətini davam etdirir. 

Morales deyib: ABŞ sanksiyaları Kubanın inkişaf prossesinə və səhiyyə sektoruna mənfi təsir edib və xalqın ehtiyaclarının təmini sahəsində bu ölkə rəhbərliyini ciddi çətinliklərlə üz-üzə qoyub. 

ABŞ prezidenti Donald Tramp dünən ABŞ-ın Kubaya qarşı ticarət sanksiyalarının müddətini növbəti bir il üçün uzaldıb.