Sen 14, 2018 11:28 Asia/Baku
  • 3 Avropa ölkəsi Rusiyaya qarşı hərbi təlim keçirib
    3 Avropa ölkəsi Rusiyaya qarşı hərbi təlim keçirib

3 Avropa ölkəsinin hərbi təyyarələri Rusiyanın hərbi fəaliyyətlərinə qarşı müştərək təlimlərdə iştirak ediblər

Euronews telekanalı bildirib ki, Britaniya, Fransa və Almaniya təyyarələri dünən Rusiya təyyarələrini müəyyənləşdirmək və onların izinə düşmək məqsədi ilə müştərək təlimlər keçiriblər. 

NATO son illərdə Rusiyanın təhdidləri ilə qarşılaşmaq adı altında bu ölkə sərhədləri yaxınlığında geniş fəaliyyətə malik olub. 

2014-cü ildə qərb ilə Moskva arasında əlaqələr NATO-nun şərqə genişlənməsi, Ukrayna böhranı, Baltik dənizindəki hərbi fəaliyyətlər və Suriya böhranına görə gərginləşib. 

Rusiya dəfələrlə NATO-nun öz sərhədləri yaxınlığındakı fəaliyyətləri barədə xəbərdarlıq edib və bu kimi fəaliyyətləri qarşılıqlı olaraq cavablandıracağını bildirib. 

Teqlər