Yunanıstanda aksiya
Yunanıstanın Tsaloniki şəhərində sakinlər bu ölkə ilə Makidoniya arasında şimali Makidoniya adı ilə razılaşmaya qarşı aksiya keçiriblər.
APTN-in verdiyi məlumata görə, aksiyaçılar dünən Yunanıstan bayrağını daşıyaraq səsləndirdikləri şüarlarda hökumətin bu hərəkətinə etiraz ediblər.
Makidoniya və Yunanıstan dövlətləri iyunun 12-də Makidoniya adının Şimali Makidoniya adı ilə əvəz edilməsi barədə razılığa gəldilər və beləliklə iki ölkə arasında bu barədəki ixtilaflara son qoymağa təşəbbüs göstərdilər.
Makidoniyanın baş naziri Zoran Zaev Skopiyada bir mətbuat konfransında etdiyi çıxışında bu razılaşmanı 27 illik ixtilafın tarixi həlli adlandırıb və deyib: Biz hər yerdə Şimali Makidoniya adından istifadə etməyi razılaşdırmışıq.
Yunanıstan baş naziri Aleksis Sipras da bu razılaşmanı böyük diplomatik uğur və region üçün böyük tarixi fürsət adlandırıb.
Makidoniya ad barədə Yunanıstanla ixtilafları həll etməklə Avropa Birliyi və NATO-ya üzv ölmağa yol açılacağına ümid edir.