Sen 20, 2018 14:27 Asia/Baku
  • Romada Ərəbistanın Yəmənə qarşı cinayətlərinə etiraz olaraq aksiya keçirilib

Bir qrup italyan Ərəbistanın Romadakı səfirliyi önünə toplaşaraq, Ali-Səudun Yəmənə olan hücumlarına etiraz edib.

İRİB-nin verdiyi məlumata görə, Ərəbistan səfirliyi önündə piket keçirənlər əllərində Ali-Səudun hücumları zamanı həlak olan yəmənli uşaqların fotoşəkillərini daşıyaraq, Qərb dövlətləri o cümlədən İtaliya hökumətinin bu cinayətlər qarşısında sükut etməsini qınayıblar. 

Piket iştirakçıları İtaliya hökumətindən Sardiniya adasından Ərəbistana silah satışını durdurmasını istəyiblər. 

Ərəbistan səfirliyi önündə keçirilən etiraz aksiyasının iştirakçıları Ərəbistana silah stışının İtaliya qanunlarına zidd olduğunu bildiriblər. İtaliya qanunlarına görə, qeyri-qanuni savaş aparan ölkəyə silah satışı qadağandır. 

Teqlər