Almaniya xarici işlər naziri Trampın "Birinci Amerika" şüarını tənqid edib
https://azeri.sahartv.ir/news/dünya-i324018-almaniya_xarici_işlər_naziri_trampın_birinci_amerika_şüarını_tənqid_edib
Almaniya xarici işlər naziri, Donald Trampın "Birinci Amerika" şüarını tənqid edərək, deyib: "Birinci Amerika" zəmanəmizin problemləri, eləcə də Amerika üçün yanlış bir cavabdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 28, 2018 07:15 Asia/Baku
  • Almaniya xarici işlər naziri Trampın
    Almaniya xarici işlər naziri Trampın "Birinci Amerika" şüarını tənqid edib

Almaniya xarici işlər naziri, Donald Trampın "Birinci Amerika" şüarını tənqid edərək, deyib: "Birinci Amerika" zəmanəmizin problemləri, eləcə də Amerika üçün yanlış bir cavabdır.

Almaniyanın xarici işlər naziri Hayko Maas ABŞ prezidenti Donald Trampın Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasındakı çıxışına cavab olaraq deyib ki, qloballaşma, rəqəmsalolma, iqlim dəyişiklikləri sərhəd tanımır. Təkcə beynəlxalq səylərlə bu problemləri aradan qaldırmaq olar.

Maas əlavə edib: Bu şəraitdə həll yolu tapmaq üçün bu işi beynəlxalq səviyyədə həyata keçirmək lazımdır və bu istiqamətdə BMT və Avropa Birliyi kimi beynəlxalq təşkilatlara və Almaniyanın həmkarlığında ehtiyac var.

Trampın xarici siyasət kursuna toxunan Almaniya xarici işlər naziri deyib: Asanlıqla müqavilələrin ləğv olunması, birtərəfli surətdə razılaşmalardan çıxma və hər kəsin öz xeyrinə olan işi görməsi kimi siyasi kurs uzaq perspektivdə nəticə verməz.

Maas əlavə edib: Müasir dünya bir-birinə bağlı bir şəbəkədir; onun qarşısında bir çox vəzifə və öhdəlik mövcud olmalıdır. İqtisadi və siyasi baxımdan bu şəraitə düzgün bir reaksiya və cavaba ehtiyac duyulur. Tramp Amerikasının birinci siyasəti, hətta Amerikanın özü üçün belə, bu vəziyyətə yanlış bir cavabdır.