Separatçılar Barselonada geniş aksiya keçiriblər
Okt 02, 2018 09:48 Asia/Baku
Minlərlə Barselona sakini dünən gecə bir aksiyada İspaniyadan ayrılmaq üzrə referendum hökmünün icrasını istəyib.
Əllərində plakatlar olan etirazçılar Kataloniyanın mərkəzi dövlətdən müstəqil olmasını istəyiblər.
Barselona sakinləri İspaniyadan ayrılmaq üzrə cəhdlərinin məğlubiyyətə uğramasından bir il sonra və yüksək dərəcəli liderlərinin zindanda və ya sürgündə olduqları bir halda bu geniş aksiyanı keçiriblər.
Səkkiz milyon nəfərə yaxın əhali ilə İspaniyanın şərqində yerləşən Kataloniya mərkəzi dövlətdən müstəqil olmaq istəyir.
Kataloniyanın İspaniyadan ayrılması üzrə keçən ilin oktyabrında keçirilən referendum mərkəzi dövlətlə gərginliyə səbəb oldu.