Tramp: Ərəbistan Amerikaya daha çox pul verməlidir
https://azeri.sahartv.ir/news/dünya-i324624-tramp_Ərəbistan_amerikaya_daha_çox_pul_verməlidir
ABŞ-ın prezidenti Səudiyyə Ərəbistanı krallığının rəhbərlərinə xitabən deyib ki; onlar bu ölkəni qoruyan qüvvələrimizin xərclərini ödəməlidirlər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 05, 2018 06:55 Asia/Baku
  • Tramp: Ərəbistan Amerikaya daha çox pul verməlidir

ABŞ-ın prezidenti Səudiyyə Ərəbistanı krallığının rəhbərlərinə xitabən deyib ki; onlar bu ölkəni qoruyan qüvvələrimizin xərclərini ödəməlidirlər.

Donald Tramp dünən gecə Minesota ştatının seçki yığıncağında respublikaçılar partiyasının tərəfdarları qarşısında deyib: Biz Ərəbistanı müdafiə edirik, amma onlar bunun qarşılığında cüzi bir məbləğ ödəyirlər.

Tramp deyib: Səudiyyə krallığı Ərəbistan hökumətini qoruyan amerikalı hərbçilərin ağır xərclərini tam şəkildə ödəməlidir.

ABŞ prezidenti həmçinin bu ölkə səfirliyinin Beytulmuqəddəsə köçürülməsi kimi qalmaqallı qərarı himayə edərək, deyib: Biz Amerika səfirliyini Qüdsə köçürdük, halbuki bir çoxları bizi bu işi görmək fikrindən daşındırmaq niyyətində idi.