Amerikalı senator ABŞ-ın Ərəbistana olan dəstəyini dayandırmasını istədi
https://azeri.sahartv.ir/news/dünya-i325293-amerikalı_senator_abŞ_ın_Ərəbistana_olan_dəstəyini_dayandırmasını_istədi
Demokrat senator Kris Mirfu ABŞ-ın Yəmən savaşında Ərəbistana olan dəstəyini dayandırmasını istəyib.
(last modified 2024-06-22T21:55:02+00:00 )
Okt 12, 2018 06:40 Asia/Baku
  • Amerikalı senator ABŞ-ın Ərəbistana olan dəstəyini dayandırmasını istədi

Demokrat senator Kris Mirfu ABŞ-ın Yəmən savaşında Ərəbistana olan dəstəyini dayandırmasını istəyib.

Asoşeyted Press-in məlumatına görə, Konnektikut Ştatından demokrat senator Kris Mirfu ən azı müvəqqəti olaraq ABŞ-ın Yəmən savaşında Ərəbistana olan dəstəyini dayandırmasnıı istəyib. 

Həmçinin 3 respublikaçı və 4 demokrat senator ABŞ-ın müdafiə naziri Ceyms Matisə məktub ünvanlayaraq, Ərəbistanın Yəmənə olan hava hücumlarında sivil əhalinin zərər çəkməsinə dair öz nigaranlıqlarını bəyan edib.

Bu senatorlar Səudiyyə Ərəbistanının başçılıq etdiyi Anti-Yəmən koalisiyasının Yəməndə sivil əhalinin təhlükəsizliyinin diqqətə alınmasına dair açıqlamasına ciddi iradlar bildirərək, Yəmənə edilən hücumlarda mülki əhali arasında ölüm hallarının artdığını deyiblər. 

Ər-Riyad ABŞ-ın yaşıl işığı və silah dəstəyi ilə Yəməni intensiv şəkildə bombalayır.