Yunanıstanda 11 miqrant alovda yanıb
https://azeri.sahartv.ir/news/dünya-i325540-yunanıstanda_11_miqrant_alovda_yanıb
11 miqrant dünən gecə Yunanıstanın şimalındakı Kavla şəhərində avtomobillə qaçarkən yol qəzası nəticəsində alovda yanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 14, 2018 06:04 Asia/Baku
  • Yunanıstanda 11 miqrant alovda yanıb
    Yunanıstanda 11 miqrant alovda yanıb

11 miqrant dünən gecə Yunanıstanın şimalındakı Kavla şəhərində avtomobillə qaçarkən yol qəzası nəticəsində alovda yanıb.

Kavla polisi bildirib ki, mühacirləri daşıyan avtomobil polisin təftiş müraciətindən sonra qaçmağa üz qoyub. Bu avtomobil bir yük avtomobili ilə toqquşaraq, yanıbdır.

Miqrantlar vaxtında avtomobili tərk edə bilməyiblər. Onların hamısı yanıb, belə ki, onların kimliyinin müəyyən edilməsi tibbi sınaqlar aparılmadan mümkünsüzdür.

Kavla şəhərinin polisi bu mühacirlərin yanmış cəsədlərini tibbi sınaqlar üçün yerli tibbi ekspertiza idarəsinə təhvil veribdir.

Qərbin müdaxilə mahiyyətli siyasətlərindən mənşə alan misli görünməmiş miqrant böhranı başlıca olaraq Yaxın Şərq və Şimali Afrika ölkələrində yaranıb və Avropanı da özü ilə məşğul edibdir.