Okt 14, 2018 15:11 Asia/Baku
  • Almaniya xalqı rasist qrupların hərəkətlərinə etiraz edib
    Almaniya xalqı rasist qrupların hərəkətlərinə etiraz edib

Almaniya xalqından minlərlə nəfər bu ölkənin paytaxtı Berlində rasist qrupların hərəkətlərinə etiraz olaraq, aksiya keçirib.

Dünən Berlində keçirilən aksiyanın iştirakçıları əllərində plakatlar gəzdirib, şüarlar verərək, irqi ayrı-seçkiliyə qarşı çıxıblar.

Bu aksiyada müxtəlif qruplar, o sıradan miqrantların qəbuluna dəstək verənlər və islami təşkilatlar iştirak ediblər.

Bu bəyanatda "əcnəbi qorxusu"nun artamasına işarə edilərək, deyilir ki, Avropada rasist qrupların mühacirlərə qarşı kobud və qeyri-insani hərəkətləri kəskin tərzdə artıbdır.

Bəyanatda sonra deyilir: Kemnits şəhərindəki zorakılıqlar Almaniya kansleri Angela Merkelin "mühacirlərin üzünə açıq qapılar" siyasəti barədəki dərin ixtilafları üzə çıxardı.

Almaniyada bəzi hökumət rəsmiləri, o sıradan bu ölkənin xarici işlər naziri Hayko Mas da Berlində anti-rasizm aksiyasının keçirilməsinə dəstək veriblər.

Teqlər