Londonda Ərəbistan əleyhinə piket keçirilib
Britaniya vətəndaşları Ərəbistanın Londondakı səfirliyi qarşısında aksiya keçirərək, Ali-Səud rejiminə silah satışının durdurulmasını istəyiblər.
İRNA-nın məlumatına görə, cümə axşamı Londonda keçirilən bu etiraz aksiyasında iştirak edənlərin əllərində üzərinə "qatilləri boykot edin", "Yəməndən əl çəkin" və "ictimai fəalları azad edin" şüarları yazılmış plakatlar olub.
Onlar həmçinin, "Ali-Səuda ölüm olsun", "Bin Salmana ölüm olsun", "Silah yardımlarını dayandırın" və "Qaşıqçının taleyinə aydınlıq gətirin" şüarları verərək, Ali-Səud rejiminin cinayətlərini qınayıblar.
Etiraz aksiyasında iştirak edənlər jurnalist Camal Qaşıqçının Ərəbistan rejiminin göstərişi əsasında qətlə yetirildiyini deyərək, Britaniya hökumətində Ali-Səud rejiminə olan siyasi və hərbi dəstəyi dərhal dayandırmasını istəyiblər.
Ərəbistanlı jurnalist Camal Qaşıqçı 2 oktyabrda Ərəbistanın İstanbuldakı Baş Konsulluğuna daxil olduqdan sonra, şübhəli şəkildə yoxa çıxıb.
Elə o zaman Qaşıqçının işgəncə edilərək, öldürülməsinə dair xəbərlər yayılsa da, Ərəbistan rejimi bu olay qarşısıdna sükut etməyə çalışdı. Və 18 gün sonra gecikmiş bir açıqlamada Qaşıqçının konsulluqda yaranan mübahisə zamanı "istəmədən" öldürülməsi faktını etiraf etdi.