ABŞ-ın təzyiqlərinə rəğmən Hindistan İrandan neft idxalatını davam edir
Hindistanın yüksək səviyyəli bir rəsmisi deyib: Hindistanın dövlət neft şirkətləri noyabr ayı üçün İranda neft satın alıblar.
İRNA-nın verdiyi məlumata görə, Hindistanın Bizines Standart qəzeti bildirib ki, bu ölkənin Neft Nazirliyinin beynəlxalq əməkdaşlıqlar bölməsinin rəhbəri Sanci Sudir deyib: İran ənənəvi şəkildə Hindistan üçün önəmli neft təminatçısıdır və Yeni Dehli özünün enerji təhlükəsizliyinə diqqətlidir.
Hindistan özünün neftə olan tələbatının 80 faizini idxalat yolu ilə təmin edir.
Hindistanın neftayırma zavodları oktyabr ayı üçün İrandan 10 milyon ton xam neft idxal ediblər.
Hindistan tərəfindən İran neftinin idxalının davam etməsi ilə bir şəraitdədir ki, Amerika Yeni Dehlidən Tehrana qarşı təzyiqlər məqsədi ilə İrandan neft idxalatını dayandırmasını istəmişdi.
Türkiyə, Yaponiya, Hindistan və Çin öncə də bildiriblər ki, Amerikanın İrana qarşı birtərəfli sanksiyalarına qoşulmayacaq və İrandan neft idxalatlarını davam etdirəcəklər.
Amerika noyabr ayının 4-dək İrandan neft alan şirkətlərə neft idxalatını sıfıra endirmələri üçün fürsət verib.
Neft bazarlarının durumundan isə bəlli olur ki, EKO ölkələri arasında neft ixracatı sahəsində 3-cü yerdə duran İranı neft bazarından tam silmək mümkün olmayacaq.