Tramp: Səudiyyəlilər özlərini aldadırlar
https://azeri.sahartv.ir/news/dünya-i326778-tramp_səudiyyəlilər_özlərini_aldadırlar
ABŞ prezidenti ərəbistanlı jurnalist Camal Qaşıqçının qətlə yetirilməsi olayında səudiyyəlilərin onu yox, əslində özlərini aldatdıqlarını deyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 01, 2018 11:38 Asia/Baku
  • Tramp: Səudiyyəlilər özlərini aldadırlar

ABŞ prezidenti ərəbistanlı jurnalist Camal Qaşıqçının qətlə yetirilməsi olayında səudiyyəlilərin onu yox, əslində özlərini aldatdıqlarını deyib.

CNN kanalının verdiyi məlumata görə, ABŞ prezidenti Donald Tramp cümə axşamı səhər jurnalistlər qarşısında deyib: Səudiyyəlilər jurnalist Camal Qaşıqçı olayında məni aldatmayıblar. Onlar bəlkə də özlərini aldadırlar. Axırda nə olacağını zaman göstərəcək.

CNN kanalının internet portalında yer alan məlumatda isə deyilir: Bu sözlərinə baxmayaraq, Tramp "Qaşıqçı" olaının mənfi nəticələrindən narahatdır və səudiyyəlilərin ona xəyanət etdiklərini düşünür.

Bu məlumatda həmçinin deyilir: "Qaşıqçı" olayının özünün və kürəkəni Cerad Kuşnerin Ərəbistan qarşısında təhqir olunmasına səbəb olduğunu düşünən Tramp yaranmış vəziyyətdən narazıdır.