Noy 01, 2018 17:32 Asia/Baku
  • Alman nəşri: Bəzi siyasətçilər Ərəbistanın muzduruna çevriliblər

Almaniyada çıxan Stern nəşrinin yazdığına görə, Ərəbistanın pulları bəzi Alman siyasətçiləri Ali-Səudun muzduruna və onların müşavirinə çevirib.

Stern nərşinin yazdığına görə, Ərəbistan pul ödəyərək, bəzi Alman siyasətçiləri o cümlədən Almaniyanın Ərəbistandakı sabiq səfiri Dieter Halleri Ərəbistan vəliəhdi Məhəmməd bin Salmanın muzduruna çevirib. 

Bu məlumata görə, Dieter Haller yaxın günlərdə Berlində ictimai əlaqələr şirkətində məsləhətçi olaraq işə başlayacaq. 

Bu məlumatın ifşa edilməsi Almaniya parlamentinin üzvlərini narahat edib. 

Ərəbistanın jrnalist Camal Qaşıqçını qətlə yetirməsinin ardınca Ali-Səud rejimi dünyada mənfur bir rejimə çevrilib. Bu cinayətin ardınca Qərb dövlətləri və rəsmiləri Ərəbistan ilə münasibətlərini gizlətməyə çalışırlar. 

Teqlər