Tramp mühacirlərə divan tutulmasına dəstək verib
https://azeri.sahartv.ir/news/dünya-i326830-tramp_mühacirlərə_divan_tutulmasına_dəstək_verib
ABŞ prezidenti bu ölkənin sərhədləri arxasında duran miqrantlara divan tutulmasına dəstək verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 02, 2018 10:43 Asia/Baku
  • Tramp mühacirlərə divan tutulmasına dəstək verib

ABŞ prezidenti bu ölkənin sərhədləri arxasında duran miqrantlara divan tutulmasına dəstək verib.

Donald Tramp Amerikanın sərhədlərinə tərəf hərəkət edən mühacirlərə xəbərdarlıq edibdir ki, Amerikaya daxil olmaq üçün öz vaxtlarını hədərə verməsinlər, zira onların bu ölkə ərazisinə qanunsuz girişləri ilə amansız rəftar olunacaqdır.

Tramp əlavə edib: Bu, miqrantlardan ibarət qanunsuz bir karvandır və onların Amerikaya girmələrinə icazə verməyəcəyik.

Trampın sözlərinə görə, mühacirlərin ailələrinin bir-birilərinin kənarında saxlanılması üçün sərhəddə müvəqqəti mərkəzlər yaradılacaqdır.

Amerika preizidenti bu ölkənin Meksika ilə sərhədlərinə daha beş min hərbi qüvvənin göndərilməsindən xəbər veribdir.