Noy 02, 2018 19:55 Asia/Baku
  • Almaniya Ərəbistanı sanksiya ilə hədələyib

Almaniya hökuməti Qaşıqçının qatillərinin aşkar edilməsindən çəkinəcəyi təqdirdə, Ərəbistanın sanksiya edilməsi ehtimalından xəbər verib.

Almaniya hökuməti bu gün bildirib ki, əgər Ərəbistan, bu rejimi tənqid edən jurnalist Camal Qaşıqçının qatillərinin aşkarlanması barədəki öhdəliklərinə əməl etməzsə, Ərriyada qarşı sanksiyaların tətbiq edilməsi ehtimalı var.

Almaniya kansleri Angela Merkel də ötən həftə Ərəbistan kralı Salman bin Əbduləziz ilə telefon əlaqəsində Qaşıqçının qətlini mümkün olan ən kəskin ifadə ilə pisləyərək, Ərriyadı bu barədə münasib ölçülərin götürüləcəyi ilə hədələdi.

Almaniya hökuməti Ərəbistandan istəyibdir ki, Qaşıqçı barəsində təhqiqat aparsın və məsələnin gerçəkliyini elan etsin və pərdə arxasında səud rejiminin tənqidçisi olan bu jurnalistin öldürülməsində əlləri olmuş şəxslər təqdim olunsunlar.

Teqlər