Noy 02, 2018 20:10 Asia/Baku
  • Norveç Ərəbistan səfirini çağırtdırıb

Norveç xarici işlər naziri bildirib ki, Ərəbistanın, ali-səud rejimini tənqid edən jurnalistin qətli barədə cavabdeh olmamasının ardınca bu ölkənin səfirini çağırtdırıbdır.

İne Mari Eriksen Soride bu gün bir bəyanatda bildirib ki, Qaşıqçının qətlindən xəbərdar olandan bəri bu məsələni dəfələrlə səud səfiri ilə bir araya qoyub və bu barədəki fikirlərini bildiribdir.

Xanım Soride qeyd edib ki, dünən Ərəbistan səfiri ilə görüşüb və Norveçin bu məsələyə olduqca ciddi yanaşdığını bildiribdir.

Norverçin xarici işlər nazirliyi bundan öncə də bir bəyanatda bildirmişdi ki, Qaşıqçının qətli barədə təcili və mötəbər bir təhqiqatın aparılmasını gözləyir.

Teqlər