Noy 03, 2018 20:23 Asia/Baku
  • Rusiya: İrana qarşı sanksiyaların bərpası, Amerikanın beynəlxalq təhlükəsizliyə güclü zərbəsidir
    Rusiya: İrana qarşı sanksiyaların bərpası, Amerikanın beynəlxalq təhlükəsizliyə güclü zərbəsidir

Rusiyanın Xarici İşlər Nazirliyi bir bəyanat yayaraq Amerikanın Əhatəli Müştərək Təşəbbüs Proqramından(ƏMTP) birtərəfli çıxmasını və İrana qarşı sanksiyaları bərpa etməsini pisləyərək bildirib ki, Amerikanın təşəbbüsü beynəlxalq təhlükəsizliyə güclü zərbə, Ağ evin elan etdiyi siyasətlərdə riyakarlıqdır.

İRİB-in verdiyi məlumata görə,Rusiya XİN-in bəyanatında deyilir: Amerika təxribatçı hərəkətləri ilə, o sıradan İranla nüvə razılaşmasından çıxmaqla ƏMTP-ni dağıtmağa beynəlxalq stabilliyi zəiflətməyə səbəb olur. 

Rusiya XİN-i Amerikanın bu hərəkətini kəskin pisləyərək İran İslam Respublikasının nüvə sazişi çərçivəsində öz öhdəliklərinə sadiq qaldığını vurğulayıb və bildirib ki, Rusiya heç bir şəraitdə BMT TŞ-nin qərarlarına zidd olan Amerikanın birtərəfli hərəkətləri ilə razılaşmayacaq. 

 

Teqlər