ABŞ-ın sabiq rəsmisi İrana qarşı sanksiyaların faydasız olduğunu etiraf edib
Amerika hökumətinin bir keçmiş rəsmisi bildirib ki, bu ölkənin sanksiyaları İran iqtisadiyyatını dağıtmaq qüdrətinə malik deyildir.
Amerika müdafiə nazirliyi- Pentaqon-un keçmiş rəsmisi Maykl Malov "Russia əl-Yəum" telekanalı ilə müsahibədə bildirib ki, Amerikanın sanksiyaları təsir göstərməyəcək və İran sanksiyaların zərbələrinin azaldılması üçün lazım olan vasitələri tapacaqdır.
Malov əlavə edib: Hərçənd belə deyilir ki, Amerikanın İrana qarşı sanksiyaları İranın nüvə ambisiyalarının qarşısının alınması istiqamətindədir, amma bu ölkənin dövləti nüvə silahı əldə etmək ardınca olmayaraq, indiyədək nüvə anlaşmasına sadiq qalıb. Tramp dövləti bu sahədə tamamilə qanunsuz hərəkət edir.
Amerika müdafiə nazirliyinin keçmiş rəsmisi sonra deyib: Avropalılar İrana qarşı sanksiyalarda Amerikanı müşayiət etməkdən imtina edərək, nüvə anlaşmasını qorumaq istəyirlər. Bu məsələ Amerikanın dünyada daha da təcriddə qalmasına və ABŞ-ın müttəfiqlərinin Vaşinqtondan daha çox uzaq durmalarına gətirib çıxara bilər ki, bu da İranın xeyrinədir.