Putin dünyada strateji müvazinətin dəyişdirilməsi üzrə cəhdlər barədə xəbərdarlıq edib
https://azeri.sahartv.ir/news/dünya-i327008-putin_dünyada_strateji_müvazinətin_dəyişdirilməsi_üzrə_cəhdlər_barədə_xəbərdarlıq_edib
Rusiya prezidenti bəzi ölkələrin dünyada strateji müvazinətin dəyişdirilməsi üzrə cəhdləri barədə xəbərdarlıq edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 04, 2018 13:29 Asia/Baku
  • Putin dünyada strateji müvazinətin dəyişdirilməsi üzrə cəhdlər barədə xəbərdarlıq edib
    Putin dünyada strateji müvazinətin dəyişdirilməsi üzrə cəhdlər barədə xəbərdarlıq edib

Rusiya prezidenti bəzi ölkələrin dünyada strateji müvazinətin dəyişdirilməsi üzrə cəhdləri barədə xəbərdarlıq edib.

Vladimir Putin Rusiya Baş Kəşfiyyat İdarəsinin yaradılmasının yüzilliyi münasibətilə verdiyi müraciətdə dünyada gərginliklər və qarşıdurmaların sayının artması və strateji müvazinətlərin dəyişdirilməsi məqsədilə təhrikedici hərəkətlər və yalandan istifadə barədə xəbərdarlıq edərək, Rusiyanın kəşfiyyat təşkilatlarının bu vəziyyətlə mübarizədəki rolunu olduqca mühüm adlandırıb.

Putin həmçinin Moskvanın Suriya ilə bağlı mövqeyini müdafiə edərək, Rusiyanın kəşfiyyat təşkilatlarının Suriyada terrorizmlə savaşdakı rolunu yüksək qiymətləndirib və vurğulayıb ki, Rusiyanın kəşfiyyat orqanları Suriyada terrorçuların məhv edilməsində və bu ölkədə sülhün bərpasına kömək istiqamətində qətiyyətli və təyinedici rol oynayıblar.