Paris fransız şirkətlərin İrandakı fəaliyyətlərinə dəstək verib
https://azeri.sahartv.ir/news/dünya-i327010-paris_fransız_şirkətlərin_İrandakı_fəaliyyətlərinə_dəstək_verib
Fransanın Rusiyadakı səfiri rəsmi Parisin bu ölkə şirkətlərinin İranda fəaliyyət göstərmələrinə dəstək verməsindən xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 04, 2018 13:54 Asia/Baku
  • Paris fransız şirkətlərin İrandakı fəaliyyətlərinə dəstək verib
    Paris fransız şirkətlərin İrandakı fəaliyyətlərinə dəstək verib

Fransanın Rusiyadakı səfiri rəsmi Parisin bu ölkə şirkətlərinin İranda fəaliyyət göstərmələrinə dəstək verməsindən xəbər verib.

Fransanın Rusiyadakı səfiri Silviya Bremen deyib: Paris Amerikannın sanksiyalarından sonra İranla həmkarlıqlarını davam etdirmək istəyən fransız şirkətləri himayə edir.

ABŞ rəsmiləri cümə günü nüvə anlaşması əsasında aradan götürülmüş İrana qarşı sanksiyaların geri döndüyünü bildirdilər.

Sabahdan icra olunacaq bu sanksiyalar İranın gəmiçilik, maliyyə və energetika sektorlarını hədəfə alacaqlar və bu, Amerikanın nüvə anlaşmasından çıxmasından sonra bərpa edilən İrana qarşı sanksiyaların ikinci paketidir.