Moqerini: Moskva ilə danışıqları davam etdirəcəyik
https://azeri.sahartv.ir/news/dünya-i327319-moqerini_moskva_ilə_danışıqları_davam_etdirəcəyik
Avropa Birliyi xarici siyasət koordinatoru deyib: AB Rusiyaya qarşı sanksiyaların kənarında bu ölkə ilə danışıqları da davam etdirəcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 07, 2018 13:56 Asia/Baku
  • Moqerini: Moskva ilə danışıqları davam etdirəcəyik
    Moqerini: Moskva ilə danışıqları davam etdirəcəyik

Avropa Birliyi xarici siyasət koordinatoru deyib: AB Rusiyaya qarşı sanksiyaların kənarında bu ölkə ilə danışıqları da davam etdirəcək.

İTARTAS-ın verdiyi məlumata görə, Federika Moqerini bu gün Kanadanın Montral şəhərində universitet tələbələri ilə görüşündə Rusiyaya qarşı sanksiyalar və2014-cü ildə  Krim yarımadasındakı reıferendum ilə əlaqədar məsələlərə toxunaraq AB ilə Rusiya əlaqələrinin bu mövzulara məhdudlaşmadığını deyib. 

Moqerini deyib: AB özünün xarici və təhlükəsizlik siyasətində bəzi hallarda o sıradan nüvə sazişi çərçivəsində Rusiya ilə əməkdaşlıq edir və fikir ixtilafları olan digər məsələlərdə müzakirə aparır. 

2014-cü ildən qərb ilə Rusiya arasında əlaqələr NATO-nun şərqə doğru genişlənməsi və Ukrayna böhranı kimi mövzulara görə gərginləşib.