Noy 16, 2018 19:00 Asia/Baku
  • İranın mədəniyyət naziri Sankt-Peterburq şərqşünaslıq institutunda olub

Beynəlxalq Mədəniyyət Konfransında iştirak üçün Rusiyanın Sankt-Peterburq şəhərinə getmiş İranın islami mədəniyyət və irşad naziri bu şəhərdəki şərqşünaslıq institutunda olub.

İranın islami mədəniyyət və irşad naziri Seyid Abbas Salehi bu gün Sankt-Peterburq şərqşünaslıq institutunda olaraq, bu institutda mövcud olan İran əlyazmalarından baxış keçirməkdən əlavə, rus iranşünaslar və mütəxəssislərdən bir qrupu ilə də görüşübdür.

Rus iranşünaslar İranın islami mədəniyyət və irşad naziri ilə səmimi söhbətdə özlərinin İranın qədim mədəniyyəti və tarixinə olan maraqlarını ifadə ediblər.

Rus iranşünaslar həmçinin son qırx ildə müasir İran mədəniyyəti sahəsində əldə olunmuş irəliləyişləri yüksək dəyərləndiriblər.

7-ci Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Konfransı cümə axşamı günündən etibarən üç gün müddətinə və bir çox ölkənin mədəniyyət nazirləri, yüksək vəzifəli siyasi rəsmiləri, mədəniyyət sahəsi üzrə beynəlxalq təşkilatların nümayəndələri və dünyanın hər yerindən gəlmiş tanınmış müəllimlər və fəalların iştirakı ilə Rusiyanın mədəniyyət paytaxtında işə başlayıb.

İranın islami mədəniyyət və irşad naziri cümə günü Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Konfransının ikinci günü çərçivəsində keçirilən qədim abidələrin qorunması üzrə ixtisas iclasında çıxış etməlidir.

Teqlər