Noy 18, 2018 12:21 Asia/Baku
  • Fransa boyu geniş xalq etirazları keçirilib
    Fransa boyu geniş xalq etirazları keçirilib

Fransa xalqından minlərlə nəfər yanacaq qiymətinin artırılmasına etiraz əlaməti olaraq, bu ölkə boyu küçələrə çıxıb.

Yüz mindən çox fransalı dünən səhər tezdən Fransanın müxtəlif şəhərlərindəki min nöqtəyə toplaşaraq, avtomobillərin gediş-gəlişlərinin qarşısını alıb və bu ölkədəki şose yollarını bağlayıbdır.

"Sarıların gödəkçəsi" adlı xalq hərəkatının bir hissəsi kimi təşkil edilmiş bu etirazlar Parisdəki çıxış nöqtələrində və şose yollarında uzun-uzadı tıxaclara gətirib çıxarıbdır. Gediş-gəlişin pozulduğu ən mühüm istiqamət, Paris-Brüssel şose yolu olubdur.

Fransanın Suva əyalətində yerləşən Şamberi şəhərinin yaxınlığındakı etirazlar nəticəsində yaranmış tıxacda bir avtomobilin etirazçılardan biri ilə toqquşması nəticəsində bu şəxs həyatını itirib.

Fransa medialarının məlumatlarına görə, avtomobilin sürücüsü bir qadın olub. O, qızını xəstəxanaya çatdırmağa çalışsa da etirazçılar onun maşının üstünə cumaraq, ona zərbələr endirirmişlər.

Yerli polisin sözlərinə görə, bu etirazalar əsnasında 47 nəfər də yaralanıbdır ki, onların bəzilərinin vəziyyəti ağır elan olunubdur.

Rəsmi şəxslərin sözlərinə görə, bu etirazlar zamanı 24 nəfər həbs olunubdur ki, onların on yeddi nəfəri istintaq edilmək üçün həbsdədir.

Fransanın daxili işlər nazirliyi bildiribdir ki, təhlükəsizlik qüvvələri etirazçıları dağıtmaq üçün gözyaşardıcı qaz işlədiblər.

Yanacağın qiymətinin artırılması Fransa prezidenti Emmanuel Makronun bu ölkədə qalıq yanacaqlardan istifadənin dayandırılması üzrə siyasətinin bir hissəsidir.

Bir çox sürücü bu siyasətin iqtisadi çətinliklərə laqeyd yanaşan, varlılara isə xidmət göstərən prezident tərəfindən yürüdüldüyünü bildirir.

Aksiyaçılar xalqın alqı qüdrətinin azalması kimi digər hallara da etiraz ediblər.

Teqlər