Trampın Qaşıqçının qətli barədəki təzadlı ifadələri davam edir
-
Trampın Qaşıqçının qətli barədəki təzadlı ifadələri davam edir
ABŞ prezidenti Camal Qaşıqçının qətli barədəki təzadlı ifadələrinin davamında səud vəliəhdinin ətrafındakıları səud rejiminin tənqidçisi olan jurnalistin qətli amili adlandırıbdır.
Donald Tramp dünən Foks-Nyus informasiya kanalı ilə müsahibədə deyib: Ərəbistan vəliəhdi Muhəmməd bin Salmanın ətrafındakılar səud rejiminin tənqidçisi olan jurnalist Camal Qaşıqçının qətlinin amili olublar.
O, sonra iddia edib ki, Qaşıqçının qətli barədə səs yazısı mövcuddur, amma ona qulaq asmaq istəməsi üçün bir dəlil yoxdur.
Tramp bu səs yazısının içindəkiləri dəhşətli və iyrənc adlandırıbdır.
Trampın Qaşıqçının qətli barədəki təzadlı ifadələri elə bir haldadır ki, o, şənbə günü Muhəmməd bin Salmanın Qaşıqçının qətli amili olmadığını demişdi.
Belə bir halda, Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin başçıları öz dəyərləndirmələrində belə bir yekun nəticəyə gəliblər ki, Muhəmməd bin Salman Camal Qaşıqçının Ərəbistanın İstanbuldakı səfirliyində qətlə yetirilməsi barədə göstəriş veribdir.
Camal Qaşıqçı oktyabrın 2-də Ərəbistanın İstanbuldakı konsulluğuna daxil olduqdan sonra yoxa çıxdı və səud rejimi oktyabrın 19-da təsdiq etdi ki, Qaşıqçı Ərəbistanın İstanbuldakı konsulluğunda qətlə yetirilibdir. Lakin hələ onun qətli və cəsədi barədə bir çox qaranlıq cəhətlər qalmaqda davam edir.